EMIN QULU

Emin Mirzə Qulu 1977-ci il dekabrın 4-ü Bakı şəhərində anadan olub. 1996-2000-ci illərdə Bakı Dövlət İqtisad Universitetində təhsil alıb. 2000 və 2001-ci illərdə hərbi xidmətini çəkərək, 2001-ci ildən etibarən tərcüməçi kimi işləməyə başlayıb.

Bir çox həvəslərin bünövrəsi uşaqlıqda qoyulduğu kimi Eminin də dil öyrənmək həvəsi məktəb yaşlarından başlayıb. Orta məktəbin son illərində o, artıq ingilis dilini bilir, roman, daha sonra german dilllərinə maraq göstərir. Onda hələ Emin bilmirdi ki, illər keçdikcə bu maraq onu bütün dünya dillərini öyrənmək ideyasına gətirəcək.

Sosioloji, elmi, dini yöndən yaşı artdıqca, savadı genişləndikcə Emində dünyanın vəhdəti ideyasını doğurdu. Bu ideya onu bütün xalqların mədəniyyəti ilə yaxından tanişlığa, bu tanışlıq isə bəşəriyyətin tarixi inkişafı yolu haqda qlobal məzmunlu elmi və bədii kitablar yazmağa sövq edirdi. Təbii ki, öz-özlüyündə nə elm, nə də bədii ədəbiyyat onun son məqsədi deyil. O, istər elmi, istərsə də bədii kitablarında dünyanın qlobal mahiyyəti haqqında ümumi dünya görüşünü ifadə edir.

Eminin maraq dairəsinin genişliyi öz ifadəsini həm də onun musiqi fəaliyyətində tapır. Bu, sadəcə bir melomanın musiqi hobbisi deyil. Eminin düşüncə lüğətində “hobbi” sözünə yer yoxdur. O, məşğul olduğu hər bir sahəyə özunun intellectual və mənəvi varlığının daha bir tərəfi kimi yanaşır və onlar arasında fərq qoymadan, eyni dərəcədə ciddiyyətlə baxış edir. Yəqin, elə buna görə, akademik musiqi təhsili olmasa da, o, istər bəstəkar, istərsə də ifaçı kimi peşəkarlığa iddialıdır. Belə ki,  İspaniyada keçirilən Beynəlxalq Musiqi Festifalında dramatik tenor kimi kifayət qədər uğurlu çıxışı onun bu iddiasının əsassız olmadığını göstərir.

Hərdən kimsə – niyə bu qədər fərqli sahələrə maraq göstərdiyini soruşanda Eminin cavabı belə olur:

“İnsanı və insanlığı ən azı yaşadığımız son iki min ildə olduğu kimi qəbul edə bilmirəm. Fikrimcə,  insan özünün əsl ali məqsədlərindən çox uzaqlaşıb. Əslində, insan elə hərtərəfli olmalıdır. Bu, onun üstünlüyü deyil, həqiqi təbiətidir. Dar profilli insan olmağın nəticəsi  bəşəriyyətin inkişafını sənayə yönümlü düşüncəyə qurban vermək deməkdir”. Eminin müəllifi olduğu “Növbəti insan” novellası məhz bütün bu mühakimələrin nəticəsi, qlobal bəşəri problemlərin intellectual və mənəvi həlli kimi meydana gəlib.

Eminin “Poilqlotun əl kitab”-ı da onun qlobal dünya ideyası planının tərkib hissəsi kimi meydana çıxıb. Təsadüfi deyil ki, kitabda dünya dilləri və onların köklərini araşdıran müəllif bütün dillərə ümumi qrammatik prizmadan baxır. Bu isə öz növbəsində, təkcə nəzəri cəhd səviyyəsində qalmayaraq həm də bu kitaba daxil olan praktik-universal qrammatikasında öz təsdiqini tapır.

Yeni xəbərlərdən agah olun

Ən son məlumatlar ilə sizin xidmətinizdə

Valyutanı seçin
AZN Azerbaijani manat
EUR Euro